"Şəhidlər" məscidinin də qarşısındakı Türkiyə bayrağı yığışdırıldı

"Şəhidlər" məscidinin də qarşısındakı Türkiyə bayrağı yığışdırıldı

Təhsil

21 Oktyabr 2009, 12:12

Azərbaycan və Türkiyə arasında bayraq məsələsilə bağlı mübahisə davam edir. Bu gün səhər saat 09:00 radələrində Türkiyənin Azərbaycandakı səfirliyinin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları yığışdırılıb. Söhbət Şəhidlər Xiyabanının yaxınlığındakı "Şəhidlər" məscidinin qarşısından gedir. Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin Türkiyənin "Doğan" xəbər agentliyinə bildirib ki. bayraqlar Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən götürülüb. Bayrağı götürənlər bunun səbəbinin izah etməyiblər.
Şəhidlər Xiyabanında şəhid Türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə bayraqları oktyabrın 15-də yığışdırılsa da, "Şəhidlər" məscidinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqlarına bu günədək toxunulmamışdı.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı