28 Sentyabr 2021, Çərşənbə axşamı
30 Avqust 2021, 09:01 | Ana Səhifə - Yazılar - Kuril adalarında Azərbaycan bayrağı...
Kuril adalarında Azərbaycan bayrağı...

Qəzənfər Həmidoğlu

(ironik-pozitiv geostrateji ssenari)

Almaniya Bundestaqına sentyabrda keçiriləcək seçkilər ərəfəsində Meklenburq-Ön Pomeraniya federal əyalətinin Teterov şəhərinin küçələrində 1949-cu ilə aid seçkiqabağı plakatların kopyaları asılıb. Plakatlarda həmin ilə aid Almaniya xəritəsinin, həmçinin II Dünya müharibəsinin sonunadək Almaniyanın tərkibində olan Şərqi Prussiyanın (Rusiyanın indiki Kalininqrad vilayəti) və Köniqsberqin (indiki Kalininqrad şəhəri) təsviri verilir.

Almaniyanın indiki hakim partiyası Xristian-Demokrat İttifaqı (XDİ) həmin plakatdan 72 il əvvəl Bundestaqa seçkilərdə təşviqat üçün istifadə etmişdi. XDİ indi Teterovdakı aksiya ilə heç bir əlaqəsinin olmadığını bildirsə də, plakat əhvalatı almanların Köniqsberqi unutmadıqlarından xəbər verir.

Rusiya isə isterik, qeyri-adekvat reaksiyalar verir, “RF-nin ərazi bütövlüyünə qəsd”dən narahatlığını artıq federal səviyyədə etiraf edir. Avqustun 17-də Kalininqradda olan Rusiyanın xariçi işlər naziri Sergey Lavrov Kant adına Baltik Federal Universitetində keçirdiyi görüşdə vilayətdə situasiyanı gərginləşdirmək cəhdlərinin müşahidə olunduğunu vurğulamışdı: “Bilirik ki, bizim bəzi xarici tərəfdaşlarımız, ideoloqlar Kalininqradda “Köniqsberq identikliyi” toxumları səpməyə çalışırlar”.

Maraqlıdır, Tehran konfransında (1943) Stalin Ruzvelti jirinovskisayağı inandırmağa çalışmışdı ki, “Şərqi Prussiya slavyanların əzəli torpağıdır”...

İyulun sonlarında Rusiyanın baş naziri Mixail Mişustin Kuril adalarından (yaponlar “Tisima retto” adlandırır) birində - İturupda olarkən, Yaponiyanın Xariçi İşlər Nazirliyi buna ənənəvi etirazını ifadə etmiş, RF hökuməti başçısının Yaponiyanın Hokkaydo prefekturasına daxil olan şimal ərazilərində peyda olmasını pisləmişdi. Yaponiya Kamçatka yarımadası ilə Hokkaydo adası arasındakı cənub adaları arxipelaqını (İturup, Kunaşir, Şikotan adaları və Habomai qrupu) Rusiyanın II Dünya müharibəsindən sonra ələ keçirərək Saxalin vilayətinə qatmasını işğal adlandırır. 76 ildir Yaponiya ilə Rusiya arasında ərazi mübahisəsi davam edir və tərəflər İkinci Dünya müharibəsindən sonra sülh sazişi imzalamayıblar...

Çin Xalq Respublikasının dərsliklərində xatırladılır ki, Sibir Çinin müvəqqəti itirdiyi ərazidir. Pekin və ya Şanxay mağazalarında satılan coğrafiya xəritə-dərsliklərində Uzaq Şərq də Çinin tarixi əraziləri kimi göstərilir. Vaxtilə Mao Tszedun açıq şəkildə bildirmişdi ki, “Rusiya həddindən çox torpaq ələ keçirib. 100 il əvvəl Baykaldan şərqə doğru torpaqları, həmçinin Bolini (Xabarovsk), Hayşenveyi (Vladivostok) və Kamçatka yarımadasını zəbt ediblər. Bu hesab qapanmayıb, biz hələ haqq-hesabımızı etməmişik... Rusiya Çinə 1,5 milyon kvadratkilometrdən artıq ərazi qaytarmalıdır”. Çin reformatorlarının lideri Den Syaopin də Rusiya imperiyasının Sin sülaləsinin zəifliyindən istifadə edərək 1,5 milyon kvadratkilometr torpağı Çindən ədalətsiz şəkildə qopardığını bildirirdi. Hazırda ÇXR ilk növbədə Amur vilayətinə, Xabarovsk və Primorsk diyarlarına, Tıva (Tuva) Respublikasına, Baykalyanı ərazilərə və Buryatiyaya iddia edir.

İş artıq təbliğatdan keçib, o ərazilərə qayıdış fikri çinlilərin milli arxetiplərinə yerləşib. ÇXR sədri Si Szinpin 2014-cü ildə Almaniyada səfərdə olarkən kansler Angela Merkel ona 1735-ci ildə tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi”ni hədiyyə etmişdi. Xəritədə indiki Rusiya Federasiyasının az qala bütün şərq hissəsinin Çinin tarixi ərazisi olduğu göstərilir.

Çinin hərbi-siyasi nomenkulaturası bu xəritəni təxminən belə dəyərləndirmişdi: “Frau Merkelin bu hədiyyəsi 100 min sözdən daha dəyərlidir”, “Krım nümunəsində Rusiya bizə öz ərazilərimizi necə sahiblənmək dərsi verdi”, “Almanların bu hədiyyəsi göstərir ki, bizim gerçək düşmənimiz kimdir”, “Almanlar bizə birbaşa deyirlər ki, bütün ölkələr arasında Rusiya bizdən daha çox torpaq oğurlayıb”.

Əslində, Çin Rusiyaya “çantadakı kəklik” kimi baxır, indiki geosiyasi konyukturada ABŞ ilə əlləşdiyi üçün “şimaldakı əraziləri” ilə bağlı hərəkətə keçməyə tələsmir. ÇXR-in ərazi ekspansiyası strategiyası qarşısında Rusiya aciz durumdadır. Son 25-30 ildə Çin “sərhədlərin demarkasiyası” nəticəsində Rusiyadan xeyli ərazi alıb. 2020-ci ilin sonlarına doğru Çin ümimilikdə 5 milyon hektar Rusiya torpaqlarını 49 ildən 70 ilədək müddətdə icarəyə götürüb.

Putin Pekinin nazı ilə oynamağa məcburdur və Kremldə perspektivdə Çinlə nə edəcəklərini proqnozlaşdıra bilmirlər. Bu suallara da cavab yoxdur: 50-70 ildən sonra bu torpaqların taleyi necə olacaq? Çin o torpaqları qaytarmaq istəyəcəkmi, istəməsə, Moskva nə edəcək? Ümumiyyətlə, 70 ildən sonra bu torpaqları qaytarmağa ehtiyac qalacaqmı? O anlamda ki, həmin vaxta Rusiya qalacaqmı və ya hansı formada qalacaq?

Rusiya Federasiyası ərazi ekspansiyasının tarixi məhsulu olduğu üçün bütün qonşuları, hətta Belarusla ərazi ixtilafları var. Onlardan yalnız üç böyük dövlətlə olanını qısaca konstatasiya etdik. Geosiyasi dövranın gərdişini bilmək olmaz, nə vaxtsa iş elə gətirə bilər ki, Neman çayı (Köniqsberq) sahillərində alman-rus qoşunlarının təmas xəttində, Altay dağlarında Rusiya-Çin qoşunlarının atəşkəs bölgəsində, Oxot dənizində rus-yapon cəbhə xəttində sülhməramlı missiyalara ehtiyac yaransın. Bu, elə də konsproloji və ya fantastik ssenari deyil, tarixi-siyasi zəminə söykənir. Və həmin sülhməramlı kampaniyalara Rusiya “sülhməramlıları”nın Qarabağdakı missiyasına “minnətdarlıq” əlaməti kimi Azərbaycan hərbi kontingentinin qoşulması vacibdir. Bir şərtlə ki, “sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə”, məsələn, Tisima rettoda (ruslar Kuril adaları deyirlər) 50 metrlik Azərbaycan bayrağı qaldırılsın. İturupda hərbi parad keçirməsək də olar...

Pozitiv geosiyasi nağıl, ironik-paradoksal ssenaridir. Amma heç vaxt heç vaxt demə...

 

İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Şuşada Mehmandarovların malikanəsində təmir-bərpa işləri aparılır 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirildi 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05 Şeyxülislam din xadimlərini II Fəxri xiyabana apardı 28 Sentyabr 2021, 17:00 “ASAN Xidmət” işçilərinin say artırıldı 28 Sentyabr 2021, 16:55 Universitetdə Vətən müharibəsi qazilərilə GÖRÜŞ 28 Sentyabr 2021, 16:50 Samarada Anım Günü tədbiri təşkil edilib 28 Sentyabr 2021, 16:45 Mineral gübrələrin səyyar satışına başlanıldı 28 Sentyabr 2021, 16:40 Bu günün koronavirus STATİSTİKASI 28 Sentyabr 2021, 16:35 Peyvənd olunanların sayı açıqlandı 28 Sentyabr 2021, 16:34
SORĞU Hansı vaksinə etibar edirsiniz?