Azərbaycanın iki futbolçusu Almaniyanın "Bavariya" düşərgəsində təlim-məşq toplanışı keçəcək.
Modern.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinə istinadən bildirir ki, futbolçularımız "Bavariya" düşərgəsində AFFA ilə Almaniyanın "Bavariya" (Münxen) klubu arasında mövcud əməkdaşlığa uyğun olaraq, təlim-məşq toplanışı keçəcəklər. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri - Mirhüseyn Seyidov və Tərlan Quliyev noyabrın əvvəlindən etibarən 35 gün ərzində "Bavariya"nın düşərgəsində təlim-məşq toplanışında iştirak edəcək.