2026-2027-ci tədris ili ərəfəsində Azərbaycanda ümumi təhsil müəssisələrində təmir-tikinti işləri davam etdirilir.
Modern.az Azərtac-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda ölkə üzrə ümumilikdə 862 məktəbdə təmir-tikinti işləri aparılıb.
Məlumata görə, 450 məktəbdə işlər artıq yekunlaşıb. Hazırda 412 məktəbdə təmir-tikinti işləri davam etdirilir və onların yeni tədris ili başlanana qədər başa çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, yeni dərs ili ərəfəsində daha 15 məktəbdə tikinti işlərinin tamamlanaraq həmin təhsil müəssisələrinin istifadəyə verilməsi planlaşdırılır.