19 Sentyabr 2016, 11:43 | Ana Səhifə - Yazılar - Sosial karvanın aciz sarvanı olmaq...
Sosial karvanın aciz sarvanı olmaq...

Vəfa Allahverdiyeva


Siyasi prosesləri bir qədər hərəkətli edib, lakin onu qızışdıra bilməyən 26 sentyabr referendumu bu hadisəyə əhəmiyyətli təsir gücü olmayan  etiraz aksiyaları ilə təpki alır.

Ən son kütləvi aksiya ilə aradakı böyük fasilə müxalif mübarizənin dirənməkdən çəkinməyən kəsiminin yeni dönəmdə ortaya hansı keyfiyyətdə, necə bir narazılar statistikası ilə çıxacağına ilgi yaratmırdı. Çünki hər şey aydın idi: siyasi sferada tərəzinin gözü çoxdan tarazlı vəziyyətdə deyil; müxalifət əyilmiş formasında heç bir tutarlı dəyişilmə yaratmayıb.

Sadəcə, Milli Şuranın  iki, Müsavatın birinci  mitinqinin üzərinə yönələn çarpıcı diqqət  müxalifəti təmsil edən insanların bir neçə səfirlikdə müzakirələr aparması bilgisinin ictimailəşməsi əsasında formalaşdı.

Axı həmişə belə olub: xarici dövlətlərin təmsilçi korpusları ilə əlaqələr sonda fərqli kütləvi aksiya qərarları ilə nəticələnib və onun bir qədər izdihamlı xarakter almasının arxasından beynəlxalq kisələrdən ehtimallanan  maddi stimul öz boyunu göstərməyə başlayıb.

Qərb sifarişinin bu dəfə bacarmadığı amil siyasi qüvvələri hakimiyyətin əleyhinə vahid mübarizə mərkəzindən yönəltməmək oldu.  Təqvimin dalbadal günlərində ayrı-ayrılıqda kütləvi aksiya təyini bunu ifadə edirdi və iki qanad arasındakı rəqabət, qüvvələr nisbətini təftiş marağı aydın nəzərə çarpırdı. Bu, eyni zamanda hər iki müxalif qanadın müxtəlif kanalların tezisləri ilə hərəkətinə bir şübhə verirdi.       

Bunlar müxalifətin qüruruna toxuna bilən ittihamlar deyil, çünki iddia edilən fakt yalan  və şər olduğu halda qüruru aşağılamış olur.

Alternativ cinah babat bir mitinqi təşkil etmək gücünü başqa mənbələrdən alarkən, bütün məlumatların üzərindən sirr pərdəsinin qalxa biləcəyini hesablayır; əgər ona hakimiyyətə təzyiq, narazıları idarə etmək, öz varlığını qoruyub saxlamaq üçün dəstək gəlirsə, o, bu dəstəyi ikiəlli tutmağı təmiz adla yerində oturmaqdan daha qiymətli hesab edir.

Faktiki zəif siyasi qüvvələrin bəsit aksiyası necə şərh edilməsindən  asılı olmayaraq sosial şəbəkələrdə, mediada müzakirələrdə  dayanırsa, bu, “uğur”u onlara beynəlxalq təşkilatlardan savayı heç bir ünvan, heç bir amil verə bilməzdi.

Burada əsas marağı Qərb qurumlarının, bu missiyanın nəyə nail olmaq istəməsi, hansı tezislərlə müxalifəti önə itələməsi, necə bir sosial dayaq axtarıb tapması yaradır.

Hakimiyyəti müxalifətlə bağlı narazı salan da onun mübarizə istəyinin kənar mənbələrdən qidalanmasıdır. Çünki kənar mənbələr dünyanın bir çox yerində dərin fəlakət rişələri atmaqla, insanlıq üçün saysız bəlaların səbəbinə çevrilir.      

Məsələnin başlıca hissəsinə gəldikdə, təbii ki, siyasi fırtına yaratmaq istəyənlərin siyasi təmənnası xalq tərəfindən qarşılıq almağa yaxın deyil. Böyük dvidenti kütləvi etirazlar yarada bilər. Referendum və günün daha bir aktual mövzusu- sosial problemlərə kütləvi demarş üslubunun seçilməməsi müxalifəti və beynəlxalq çevrələri  dilxor edəcək nəticələr verir.       

Əslində müxalifət referendumu pozmağı hədəfə çevirmir. Bunun üçün hakimiyyətin özü boyda imkan və qüvvə sahibi olmalısan. Əgər onun belə bir potensialı olsaydı, aksiyaya inzibati razılıq min bir irad və bəhanələrlə etirazdan keçərdi. Hətta 10 mindən aşağı say hakimiyyətin özünün xeyrinədir, çıxdığı yolda rahatca addımlamasına arxayınlıq yaradır. Halbuki bu mitinqlərdə 10 min adam siyasi qüvvələrin səsinin tonuna, qərarlarının çəkisinə  cilovlanması mümkünsüz  bir çılğınlıq qatardı.   

Devalivasiyanın əmələ gətirdiyi sosial ağırlığa rəğmən, ortada müxalifətin nəfinə işləyən belə bir durum yoxdur. Xalq öz düşüncələrinə qısılıb qalırsa, mitinq fəaliyyəti, buradakı zəif emosionallıq xoru alternativ düşərgənin özü üçün də heç bir məna daşıya bilmir. Çünki qeyri-kütləvilik xarici mənbələrdən maddi stimullaşmanı zəiflədir.    

Referendum prosesini pozmağın mümkünsüzlüyündə ortaya düşməyin mənası odur ki,  daxildə kiminsə adamı ola bilmirsənsə, xaricdə kiminsə adamı olmağı bacarıb, yaşamaq uğrunda ağır mücadiləni qazanasan. Heç bir real iş yeri, gəlir yeri olmayan müxalifətin haqqında başqa cür düşünmək mümkün də deyil.

Bu mənada müxalifətə sərf edir, hakimiyyəti daim tənqid edən, ondan narazı düşən beynəlxalq təşkilatlar hər zaman deyingən və radikal  olsun. Beynəlxalq aləmə də gərəkdir ki, Azərbaycanda stavka edə biləcəyi, yaxud, qızışdıra biləcəyi cəsur narazılar, onların güclü siyasi lokamotivi mövcud olsun.   

Real vəziyyət isə onu göstərir ki, sosial karvanı hədəfə çəkib apara bilən siyasi sarvanlar yoxdur. İndi Azərbaycanda pasionar insanlar böyük kəmiyyət təşkil etmir.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Hər dəqiqə ərzində 250 yoluxma , 6 ölüm var” - Tedros Qebreyesus 21 İyun 2021, 20:19 Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 Deputat AŞPA-nın iclasında azad olunmuş ərazilərin vəziyyətindən DANIŞDI 21 İyun 2021, 19:17 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23 Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı 21 İyun 2021, 16:15
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?