ABŞ-da alpinist 210 metr hündürlükdən yıxılıb.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Kaliforniya ştatında, Sierra Nevada dağlarındakı "Power Dome" adlı qaya massivində qeydə alınıb.
Helikopterdəki xilasetmə qrupu xüsusi qaldırıcı qurğudan istifadə edərək sağ qalan alpinisti havadan götürüb və tibbi yardım göstərilməsi üçün təcili yardım maşınına çatdırıb.
“Courtright” su anbarının yaxınlığında yerləşən qranit qayalıq Sierra Nevada dağ silsiləsinin cənub-qərb hissəsində yerləşir.
Kaliforniya Yol Patrul Xidmətinin məlumatına görə, alpinistin təcili təxliyəyə və tibbi yardıma ehtiyacı olub və buna görə də Kaliforniyanın qərbindəki Paso Robles Hava Limanındakı bazadan hadisə yerinə H-70 helikopteri göndərilib.
Alpinistin kimliyi və vəziyyəti açıqlanmayıb.