Modern.az

"Yalı çapkını"nın aktrisası da narkotikə görə saxlanıldı

"Yalı çapkını"nın aktrisası da narkotikə görə saxlanıldı

Dünya

Bu gün, 20:20

Türkiyənin məşhur "Yalı Çapkını" serialında rol alan aktrisa Afra Saraçoğlu narkotik vasitələrə qarşı keçirilən əməliyyat çərçivəsində hava limanında saxlanılıb.

Modern.az yerli mediaya istinadla xəbər verir ki, sentyabrın 18-də aktyorlar Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya və Melis İşiten saxlanılsa da, Saraçoğlu barəsində də həbs qərarı çıxarılıb. Lakin o, həmin vaxt Parisdə olub və siyahıda yer aldığını xəbərlərdən öyrənib.

"Ədalətin bərqərar olması üçün mümkün qədər tez geri qayıdacağam. Prosesin ədalətli keçməsinə kömək edəcək və hüquq-mühafizə orqanlarımızla tam əməkdaşlıq edəcəyəm", – deyə Afra dünən bildirib.

Sənətçi sentyabrın 21-də hava limanına gələrkən saxlanılıb. Saraçoğlu günahsızlığını sübut edə bilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına aparılıb.

Onun narkotik testlərinin nəticələri hələ məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı