Azərbaycanda dövlət büdcəsinə ən çox vergi ödəyən şirkət və qurumların adları məlum olub. İlk onluqda əsasən neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri yer alıb.
Dövlət Vergi Xidməti Modern.az-ın sorğusuna cavab olaraq ən çox vergi ödəyən ödəyicilərin statistikasını təqdim edib.
Məlumata görə, ilk 10 vergi ödəyicisinin dövlət büdcəsinə ödədiyi vergilərin ümumi məbləği 4 milyard 786,2 milyon manat təşkil edib. Siyahıda ilk pillədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi qərarlaşıb.
İlk 10-luq belədir:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi
“Tabaterra” MMC
“BP Eksploreyşn (Azərbaycan) Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi
“Lukoyl Oversiz Şah Dəniz Ltd.” şirkətinin Bakıdakı nümayəndəliyi
“Turkish Petroleum Overseas Company Ltd” şirkətinin Azərbaycandakı nümayəndəliyi
“Sauf Kokazus Payplayn Kompani Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi
“Naftiran Intertrade Co. (NICO) Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi
“BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi
“Azərbaycan (EYSC) Limited” şirkətinin nümayəndəliyi.
Siyahıdan görünür ki, ölkənin ən iri vergi ödəyiciləri arasında neft-qaz sektorunun şirkət və qurumları üstünlük təşkil edir.
Nicat Rüstəm