23 Oktyabr 2021, 14:44 | Ana Səhifə - Yazılar - NATO-nun gizli Rusiya planı
NATO-nun gizli Rusiya planı

Qəzənfər Həmidoğlu
 

Əfqanıstandan biabırçı qaçışdan sonra oktyabrın 21-22-də Brüsseldə ilk dəfə bir araya gələn NATO müdafiə nazirləri hərbi alyansın Rusiyadan potensial təcavüzə qarşı gizli planını qəbul ediblər.

Şimali Atlantika Blokunda kimsə rus təhdidinin ciddiliyinə şübhə etmir və yeni strategiya alyansın şərq cinahında - Baltik və Qara dəniz regionlarında nüvə silahı, kiberhücum və kosmik sistemlərdən istifadə ilə eynivaxtlı həmlələrə qarşı NATO-nun hazırlığını, HHM və RƏM sistemlərinin gücləndirilməsini nəzərdə tutur. Həmçinin 1 milyard avro həcmində NATO İnvestisiya Fondunun yaradılması qərara alınıb.

NATO-Rusiya münasibətləri soyuq müharibə sonrasının bəlkə də ən kritik dönəmini yaşayır. Bazar ertəsi Moskva faktiki olaraq hərbi alyansla əlaqələrini dayandırıb, NATO yanındakı nümayəndəliyini qeyri-müəyyən müddətə bağlayıb. Putin isə bu günlərdə Valday diskussiya klubunun videokonfransında NATO-Ukrayna münasibətlərinə qarşı təhdidvari bəyanat vermişdi: "Ukraynanın NATO-ya rəsmən üzv seçilməsi bəlkə də, baş tutmayacaq. Amma ərazinin hərbi cəhətdən mənimsənilməsi prosesi artıq gedir. Bu, həqiqətən də Rusiya Federasiyası üçün təhlükə yaradır. Biz bunun fərqindəyik..."

NATO-nun Baş katibi Yens Stoltenberq bu bəyanata belə reaksiya verdi ki, Moskva Ukraynanın NATO üzvlüyündən narahat olmasın, çünki NATO “müdafiə alyansıdır", Ukrayna isə “müstəqil və suveren dövlət kimi özünün inkişaf istiqamətini seçmək hüququna malikdir”.

Amma məsələ NATO-nun “hücum və ya müdafiə alyansı” olmasında deyil. Putin üçün təhlükə bundadır ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiyaya bilavasitə təhlükədən daha çox, Rusiyanın arxa bağçası saydığı postsovet məkanı ilə bağlı ambisayalı planlarını təhdid edir və ya pozur. Moskva əslində “Rusiyaya təhlükə”dən danışarkən nüfuz dairəsinə müdaxiləni nəzərdə tutur. Kreml ideoloqlarına görə, təsir dairəsini itirən Rusiya yalnız qlobal çağırışlar qarşısında aciz qalmayacaq, ekzistensial problemlə də üzləşəcək – yəni, Rusiyanın dağılması prosesi qaçılmaz ola bilər.

NATO-nun yeni gizli planı Moskvanın diqqətini qərb istiqamətinə yönəltməyə məcbur edəcək. Rusiyanın başı başqa yönlərdə nə qədər çox qarışsa, Rusiyanın cənub qonşuları üçün o qədər yaxşıdır.

Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?