Modern.az

Müğənnini güllələdi, özünü də öldürdü - YENİLƏNİB

Müğənnini güllələdi, özünü də öldürdü - YENİLƏNİB

Dünya

11 İyun 2016, 12:24

Floridada kişi konsertdən sonra müğənni Kristina Qrimmini güllələdikdən sonra öz həyatına da qəsd edib. Modern.az xarici mediaya istinadən bildirir ki, insident iyunun 10-da Orlandoda baş verib.

 

Müğənni və "Before You Exit" musiqi qrupunun üzvləri konsertdən sonra avtoqraf verəndə kişi Qrimmini güllələyib. Müğənninin qardaşı atəş açanı yaxalamağa cəhd edəndə, o, özünü də vuraraq hadisə yerindəcə ölüb.

 

Müğənninin vəziyyətinin kritik olduğu bildirilir. Polisdən verilən məlumata görə, atəş açan kişidə ikiodlu silah olub. Onun şəxsiyyəti hələ ki müəyyənləşdirilməyib, cinayətin hansı səbəbdən törədildiyi də bəlli deyil.

***

Son məlumata görə, konsertdən sonra güllələnən amerikalı müğənni Kristina Qrimmi aldığı güllə yarasından xəstəxanada keçinib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...