Modern.az

Moskvada naməlum şəxs seçki məntəqəsinə gələrək özünü partlatmaq istəyib

Moskvada naməlum şəxs seçki məntəqəsinə gələrək özünü partlatmaq istəyib

Dünya

18 Sentyabr 2016, 15:13

Rusiya paytaxtında naməlum şəxs seçki məntəqəsinə gələrək özünü partlatmaq istəyib.


Modern.az APA-ya istinadən xəbər verir ki, Moskvanın mərkəzində yerləşən seçki məntəqəsinə gələn naməlum şəxs üzərindəki partlayıcı qurğunu işə salacağı ilə hədələyib.



Hüquq-mühafizə orqanlarındakı mənbədən RİA Novostiyə verilən məlumata görə, Moskvanın Erməni dalanında yerləşən seçki məntəqəsinə gələn naməlum şəxs üzərindəki bombanı partladacağı ilə məntəqədəkiləri hədələməyə başlayıb. Mənbə onu da bildirib ki, artıq həmin şəxs zərərsizləşdirilib. Onun sözlərinə görə, həmin naməlum şəxsin üzərində düyməli kəmər olub: "Artıq həmin şəxs zərərsizləşdirilib və məntəqədən aparılıb".



Hüquq-mühafizə orqanlarındakı digər mənbə isə Moskvadakı seçki məntəqəsinə bomba ilə gələnlərin iki nəfər olduğu bildirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı