Modern.az

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb: 9 ölü

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb: 9 ölü

Dünya

19 Oktyabr 2016, 21:53

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Fərqanə vilayətində qeydə alınıb.

Özbəkistan müdafiə nazirliyinin məlumatına görə, hadisə nəticəsində 3 ekipaj üzvü və 6 hərbçi ölüb. Məlumata görə, Mİ-171 helikopteri planlı uçuş zamanı qəzaya uğrayıb.

 

Qeyd edək ki, qəza ilə əlaqədar xüsusi komissiya yaradılıb, araşdırma aparılır.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...