Modern.az

Liviya sahillərində 16 miqrantın meyiti aşkarlanıb

Liviya sahillərində 16 miqrantın meyiti aşkarlanıb

Мир

30 Oktyabr 2016, 20:52

Liviya sahillərində 16 miqrantın meyiti aşkarlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, dünyasını dəyişən miqrantların hamısı Afrika ölkələrindən olub.

Qeyd edək ki, üç gün əvvəl Liviya sahillərində  90 miqrantın itkin düşdüyü barədə məlumat yayılmışdı. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən Avropaya 90 min miqrant gəlib. Təxminən 3 min nəfər isə qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı