Modern.az

Putindən xüsusi xidmət orqanlarına tapşırıq    

Putindən xüsusi xidmət orqanlarına tapşırıq     

Dünya

20 Dekabr 2016, 22:14

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra terrorçuluqla mübarizədə bütün istiqamətlərdə ciddi iş aparmaq lazımdır”. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki,  bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

 

Prezident vurğulayıb ki, Milli Antiterror Komitəsinin əlaqələndirici rolu yüksək səviyyədə qalmalıdır: “Bundan sonra da, bütün antiterror istiqamətlərində dəqiq və düzgün hərəkət etmək vacibdir. Təhlükəsizlik orqanları terror aktlarının qarşısını almaq üçün hər an hazır olmalıdır”. Rusiya liderinin sözlərinə görə, internetdə, xüsusi ilə sosial şəbəkələrdə irqçilik və ksenofobiyanın təbliğatına qarşı mübarizəni gücləndirmək lazımdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı