Modern.az

Berlində terror törətməkdə şübhəli bilinən şəxs azadlıqda

Berlində terror törətməkdə şübhəli bilinən şəxs azadlıqda

Dünya

21 Dekabr 2016, 00:07

Berlində terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan Pakistan vətəndaşı sərbəst buraxılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın baş prokuroru Peter Frank bildirib.

Baş prokurorun sözlərinə görə, saxlanılan şəxsin təqsirli olduğunu təsdiqləyən sübutların olmaması onun sərbəst buraxılmasına səbəb olub.

 

Qeyd edək ki, ötən gün naməlum şəxs tərəfindən idarə olunan yük maşını bayram yarmarkasında kütləyə çırpılıb. Nəticədə azı 12 nəfər ölüb. Sürücü saxlanılıb. “Welt”-in məlumatına görə, saxlanılan şəxs Pakistan vətəndaşı B.Naveddir.  

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...