Modern.az

Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı və yeri AÇIQLANDI

Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı və yeri AÇIQLANDI

Dünya

23 Dekabr 2016, 13:03

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanda görüşəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.

 

Onun sözlərinə görə, bu barədə XİN rəhbərlərinin  Suriyanın gələcəyi ilə bağlı dekabrın 20-də Moskvadakı görüşündə razılaşma əldə ediblər.

 

O həmçinin bildirib ki, üç ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani yanvarın ortalarında Astanada görüşəcək və həmin anlaşmanı müzakirə edəcəklər.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...