Modern.az

Kiyevdəki partlayış terrordur - YENİLƏNİB 

Kiyevdəki partlayış terrordur - YENİLƏNİB 

Dünya

27 İyun 2017, 12:10

Ukrayna Daxili İşlər Nazirliyi Kiyevdə avtomobildə sürücünün ölümü ilə nəticələnmiş partlayışı terror hadisəsi kimi qiymətləndirib.

 

Modern.az-ın məlumatına görə, Ukrayna DİN yaydığı xəbərdə ölənin 1978-ci il təvəllüdlü hərbçi zabit olduğunu və partlayışın avtomobildəki partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini açıqlayıb.

 

***

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib. Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, partlayış avtomobildə olub.  

Partlayış nəticəsində sürücü ölüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Xidmətinin əməkdaşları cəlb olunub.

Partlayışın səbəbləri məlum deyil, araşdırma aparılır.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!