Modern.az

FED-in vitse-prezidenti istefa verdi

FED-in vitse-prezidenti istefa verdi

Dünya

6 Sentyabr 2017, 20:02

ABŞ Federal Ehtiyatlar Departamentinin (FED) vitse-prezidenti Stenli Fişer vəzifəsindən istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Fişer şəxsi səbəblərə görə istefa etdiyini bildirib. FED-in rəsmi açıqlamasında bankın vitse-prezidenti və idarə heyətinin üzvü Fişerin istefa məktubunu ABŞ prezidenti Donald Trampa təqdim etdiyi bildirilib. 73 yaşlı Fişer məktubunda şəxsi səbəblərdən ötəri istefa etdiyini vurğulayaraq, FED-də xidmət etdiyinə görə qürur duyduğunu və xidməti boyunca 2008-ci il maliyyə böhranından sonra inkişaf etməkdə olan Amerika iqtisadiyyatının daha da qüvvətlənəcəyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı