Modern.az

Rusiyada təyyarə qəzası: 2 ölü

Rusiyada təyyarə qəzası: 2 ölü

Dünya

8 Oktyabr 2017, 20:11

Rusiyada təyyarə qəzası oldu. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, nın yüngülmühərrikli təyyarə Stavropol diyarında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə sonradan yanğın olub. Hadisə nəticəsində 2 nəfər ölüb.

Məlumata görə, təyyarə xüsusi şirkətə məxsus olub. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib.

Qəzanın başvermə səbəbləri ilə bağlı hələlik məlumat verilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər