Modern.az

Ərdoğan: “Suriyada ələvilərlə sünnilər arasında müharibə başlaya bilər”

Ərdoğan: “Suriyada ələvilərlə sünnilər arasında müharibə başlaya bilər”

Dünya

14 Sentyabr 2011, 18:47

Afrikaya səfəri çərçivəsində Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan xəbərdarlıq edib ki, Suriyada siyasi qarşıdurma çox davam edərsə, təriqətlərarası müharibə başlana bilər. Moder.az xarici mətbuata istinadən bildirir ki, baş nazir Misir qəzeti «Əl-Şoruk»a bildirib ki, o qonşu ölkədə ələvilərlə sünnilər arasında münaqişənin başlanacağından narahatdır.

Suriyanın hakim elitası azlıqda olan şiələrin bir qolu olan ələvilərdən ibarətdir.

Suriya əhalisinin böyük əksəriyyəti isə sünnilərdir.

Misirin paytaxtı Qahirədə minlərlə adam qarşısında çıxış edən Ərdoğan Suriyada mülki vətəndaş hücumlarının artdığını, amma islahatların həyata keçirilmədiyini bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı