Modern.az

7 BMT sülhməramlısı öldürüldü

7 BMT sülhməramlısı öldürüldü

Dünya

16 Noyabr 2018, 00:46

Konqo Demokratik Respublikasında ötən gün keçirilən əməliyyatlar zamanı 7 BMT sülhməramlısı öldürülüb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 10 nəfər isə yaralanıb.

 

Jurnalistlərə açıqlama verən BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cyuarrik bildirib ki, öldürülən sülhməramlılardan 6-sı Malaviyadan, 1-i Tanzaniyadan olub.

Qeyd edək ki, sülh missiyasının üzvləri üsyankar Birləşmiş Demokratik Qüvvələr Təşkilatının üzvləri ilə toqquşmalarda öldürülüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı