Modern.az

Rusiyalı jurnalist Ermənistan hakimiyyətindən narazılıq etdi

Rusiyalı jurnalist Ermənistan hakimiyyətindən narazılıq etdi

Dünya

6 Mart 2019, 12:09

Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyev Vesti.FM radiosundakı “Polnıy Kontakt” verilişində Ermənistanda baş verənləri şərh edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, jurnalist Ermənistanda baş verənləri Ukraynadakı hadisələrə bənzədib.

“Ermənistanda Yerevan Dövlət Universitetinin rektorunu müdafiə edən ictimai fəal Narek Malyan zibil vedrəsinə atılıb. Bu hadisə ilə Ukraynada baş verən hadisə arasında paralel aparmaq olar. Cinayət işinin açılmasını dəstəkləyirəm”-deyə Solovyev deyib.

 

O yaxın vaxtlarda vaxt edib Ermənistana gedərək ölkə rəhbərliyi ilə ciddi görüş keçirəcəyini deyib. Solovyev, Qarabağ ermənilərinin də son vaxtlar Paşinyan hakimiyyəti tərəfindən sıxışdırılmasını qəbuledilməz adlandırıb.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı