Modern.az

Polislərə bıçaqla hücum edildi

Polislərə bıçaqla hücum edildi

Dünya

7 Mart 2019, 00:10

Kataloniya polisi (Mossos d'Esquadra) bir neçə polis əməkdaşına bıçaqla hücum etməyə çalışan şəxsi saxlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident patrul maşınının əlində bıçaq olan kişini görməsindən sonra başlayıb. Polis əməkdaşı kişiyə yaxınlaşmaq istəyən zaman o hücum etməyə çalışıb və sonra qaçıb.

Məlumata əsasən, silahlı şəxs tapıldıqdan sonra bir daha polis əməkdaşlarına hücum etməyə çalışıb. İnsident nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları xəsarət almayıblar. Hücum edən şəxs saxlanılıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!