Modern.az

Londonda hava limanında güclü yanğın

Londonda hava limanında güclü yanğın

Dünya

28 Aprel 2019, 20:56

Londonda Xitrou aeroportu  yaxınlığında anbarda güclü yanğın baş verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Vest-Dreyton qəsəbəsindəki anbarda başlayan yanğını söndürmək üçün 6 yanğınsöndürmə briqadası göndərilib.

Aeroport üzərində qatı tüstü müşahidə olunur. Yanğınsöndürənlər ətrafda yaşayan sakinlərə evlərinin pəncərə və qapılarını açmamağı məsləhət görür.

 

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı