Modern.az

Serj Sarqsyan məhkəmə qarşısına çıxarılır

Serj Sarqsyan məhkəmə qarşısına çıxarılır

Dünya

3 Fevral 2020, 21:49

Yerevan Şəhər Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla bağlı cinayət işini icraata qəbul edib.

Modern.az  TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti ötən il dekabrın 4-də Serj Sarqsyana qarşı 2013-cü ilin 25 yanvar - 7 fevral tarixlərində 489 milyon dramın (1 milyon ABŞ dolları) bir qrup vəzifəli şəxs tərəfindən israf olunmasında təşkilatçı qismində iştirak etməsi ilə bağlı ittiham irəli sürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...