Modern.az

Çində yanacaq daşıyan maşın partladı: 18 ölü   

Çində yanacaq daşıyan maşın partladı: 18 ölü   

Dünya

14 İyun 2020, 09:50

Çinin şərqində sıxılmış təbii qaz daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “CGTN” telekanalı özünün “Twitter” səhifəsində bildirib.

 

Məlumata görə, daha 166 nəfəri xilas etmək mümkün olub, onlar tibb müəssisələrinə yerləşdirilib.

 

Hadisə Tayçjou şəhərindəki sürət şosesində baş verib. Bundan bir qədər əvvəl “Sina.com” informasiya portalı yanacaq daşıyan maşının partlaması nəticəsində 9 nəfərin öldüyü və 112 nəfərin xəsarət aldığı barədə məlumat vermişdi. Partlayış dalğası yaxınlıqdakı evlərə və bir müəssisəyə də ziyan vurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?