Modern.az

Tunis sahillərində gəmi çevrildi: 61 nəfər öldü  

Tunis sahillərində gəmi çevrildi: 61 nəfər öldü  

Dünya

14 İyun 2020, 10:05

Tunis sahillərində Afrikadan olan miqrantların olduğu gəmi çevrilib. Nəticədə azı 61 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb. Bundan əvvəl “AFP” 52 nəfərin öldüyünü bildirmişdi.

 

Gəminin çevrilməsi nəticəsində boğulanların arasında bir uşağın olduğu da bildirilir. “Reuters”in məlumatına görə, miqrantlarla dolu olan gəmi ötən həftənin sonlarında Tunisin Kerkenna arxipelaqından çıxaraq İtaliya sahillərinə doğru istiqamətlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!