Modern.az

İngiltərədə koronavirusa yoluxan futbolçu yaşıl meydana çıxdı

İngiltərədə koronavirusa yoluxan futbolçu yaşıl meydana çıxdı

Dünya

14 İyun 2020, 16:22

İngiltərə Premyer Liqasında son testlərdə koronavirusa yoluxduğu aşkarlanan iki şəxsdən birinin futbolçu olduğu müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, “Norviç” klubu oyunçusunun testinin müsbət nəticə verdiyini açıqlayıb.

 

Adı hələ də gizli saxlanılan bu futbolçu bir müddət əvvəl yoxlama oyununda da iştirak edib.

 

Koronavirusa yoluxan oyunçu “Tottenhem”lə bu həftə baş tutmuş görüşdə meydana çıxıb. Həmin futbolçu birhəftəlik izolyasiya olunacaq. Yalnız yeddi gündən sonra təkrar test verərək məşqlərə qayıda biləcək.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu