Modern.az

Moskvada təyyarə qəzası: 2 ölü  

Moskvada təyyarə qəzası: 2 ölü  

Dünya

13 Sentyabr 2020, 08:36

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. 

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, qəza nəticəsində təyyarədə olan pilot və sərnişin dünyasını dəyişib. Onların cəsədləri təyyarənin içərisində tapılıb. 

 

Qeyd edək ki, təyyarə qəza zamanı Şelkovo ərazisindəki gölməçəyə düşüb. 

 

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV