Modern.az

Sülhməramlıların helikopteri qəzaya uğradı

Sülhməramlıların helikopteri qəzaya uğradı

Dünya

7 Fevral 2021, 23:20

Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib.

 

"Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir" - açıqlamada deyilir.

 

Qeyd edilir ki, hadisənin səbəbi araşdırılır:

 

"İlkin məlumata əsasən, söhbət mexaniki nasazlıqdan gedə bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV