Modern.az

Türkiyə İraqda şəhid verdi

Türkiyə İraqda şəhid verdi

Dünya

7 İyun 2021, 00:23

Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirilən "Pençe Yıldırım” antiterror əməliyyatı zamanı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, hərbi qulluqçu Samet Şeker əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

 

Milli Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı başsağlığı verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi