Modern.az

Almaniya “Taliban”la əlaqələri gücləndirmək istəyir

Almaniya “Taliban”la əlaqələri gücləndirmək istəyir

Dünya

6 Noyabr 2021, 20:11

Almaniya hökuməti Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatına münasibətini dəyişmək üçün addımlar atmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, yaxın həftələrdə Almaniya səfiri Markus Potzel “Taliban”la bu ölkədə alman diplomatlarının işinin qurulması imkanlarını müzakirə etmək üçün Əfqanıstana səfər edəcək. Onların fəaliyyətinin bərpası Əfqanıstana bir günlük səfərlər çərçivəsində baş tutmalıdır.

 

Əlaqələrin intensivləşdirilməsində əsas məqsəd Əfqanıstan əhalisinə humanitar yardım göstərməkdir. Almaniya hakimiyyəti “Taliban” dövründə verilmiş pasportların tanınması məsələsini araşdırır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?