Modern.az

Putin Makronu Kremldə gözləyir

Putin Makronu Kremldə gözləyir

Dünya

7 Fevral 2022, 07:49

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronu Kremldə gözləyir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, son iki həftə ərzində üç dəfə telefonla danışan liderlər E.Makronun Moskvaya səfəri ilə bağlı razılığa gəliblər.

 

Kreml nümayəndəsinin proqnozuna əsasən, Rusiya-Fransa sammitinin gündəliyində çoxlu mövzular olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi