Modern.az

Aİ Ukraynaya yardım göstərilməsinə "yaşıl işıq" yandırdı

Aİ Ukraynaya yardım göstərilməsinə "yaşıl işıq" yandırdı

Dünya

16 Fevral 2022, 23:54

Avropa Parlamentinin (AP) Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Ukraynaya yeni maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Aİ Komissiyasının hazırladığı təklif müzakirə edilib.

 

Modern.az xəbər verir ki, Avropa Parlamentinin deputatları təklifi qəbul edib.

 

Deputatlardan 598-i layihənin lehinə, 55-i əleyhinə səs verib, 41 nəfər bitərəf qalıb.

 

Ukraynaya xarici maliyyə ehtiyaclarını ödəmək üçün 2022-ci ildə ümumilikdə 1,2 milyard avro kredit dəstəyi veriləcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması