Modern.az

Putinin xalqa müraciəti - VİDEO (YENİLƏNİB)

Putinin xalqa müraciəti - VİDEO (YENİLƏNİB)

Dünya

21 Fevral 2022, 22:43

Bu gün Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciət televiziya kanalları vasitəsilə canlı yayımlanıb.

 

Rusiya Prezidenti vətəndaşlara müraciətinin əvvəlində mövzunun Ukrayna ilə bağlı olduğunu bildirib. O çıxışında deyib ki, Ukrayna Rusiya üçün sadəcə qonşu ölkə deyil, ukraynalılar həm də ruslarla yoldaşdırlar.

 

Bundan əlavə, Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını bəyan edib.

 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi