Modern.az

250-dən çox rus deputatdan Putinə ETİRAZ: Ukraynaya hücumu pisləyirik

250-dən çox rus deputatdan Putinə ETİRAZ: “Ukraynaya hücumu pisləyirik”

Dünya

27 Fevral 2022, 09:50

Rusiyada bələdiyyə deputatları Ukraynaya qarşı aparılan müharibəni pisləyiblər. 

 

Modern.az xəbər verir ki, deputatların imzaladığı məktubu “Suspilne” nəşri dərc edib.

 

"Hörmətli həmvətənlər! Biz xalqın seçdiyi deputatlar, Rusiya ordusunun Ukraynaya hücumunu qeyd-şərtsiz pisləyirik. Bu, görünməmiş vəhşilikdir, ona heç bir bəraət qazandırmaq olmaz. Hücum qərarını Rusiya Prezidenti Vladimir Putin şəxsən verib. Biz əminik ki, Rusiya vətəndaşları ona belə bir mandat verməyiblər ”, - bəyanatda deyilir.


Məktub fevralın 24-ü saat 10:00-dan etibarən imzalanmaq üçün açıqdır. Artıq 252 deputat müharibə əleyhinə olduğunu bəyan edib.

 

Qeyd olunub ki, Ukraynadakı müharibə fəlakətli nəticələrə gətirib çıxaracaq:

 

“Çoxlu sayda insan öldürüləcək və şikəst olacaq, bir çox ruslar üçün əziz olan torpaqlar da əziyyət çəkəcək. Ölkəmiz dünya ictimaiyyətinin qınağı, təcrid, qiymət artımı və yoxsulluqla üz-üzədir. Rusiyada yaxşı həyata ümidlər gözümüzün qabağında tükənir. Biz sizi təcavüzdə iştirak etməməyə və onu bəyənməməyə çağırırıq. Xahiş edirik susmayın, müharibəni ancaq kütləvi xalq qınaması dayandıra bilər”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...