Modern.az

Türkiyənin ordu rəhbərliyi Ukraynaya görə toplandı

Türkiyənin ordu rəhbərliyi Ukraynaya görə toplandı

Dünya

28 Fevral 2022, 18:11

Bu gün Türkiyənin hərbi rəsmiləri Ukraynadakı vəziyyəti müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə keçirilən iclasda ölkənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli şəxslər iştirak ediblər.

 

Onlayn keçirilən görüşdə Rusiyanın Ukraynaya hücumu barədə fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması