Modern.az

Miqrantları daşıyan qayıq batıb - Ölənlər var

Miqrantları daşıyan qayıq batıb - Ölənlər var

Dünya

17 Aprel 2022, 08:57

Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 35 nəfərin həyatı təhlükə qarşısında qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, miqrantlardan 6 nəfərinin cəsədi tapılıb, digər 29 nəfərin axtarışları davam etdirilir.

 

Ümumilikdə isə bu həftə Liviya sahillərində azı 53 miqrant həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!