Modern.az

Dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü

Dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü

Dünya

12 İyun 2022, 21:18

Türkiyənin Dənizli-Antalya magistralında yanacaqdaşıyan maşın ağır qəza törədib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn minik maşını ilə toqquşub.

 

Qəza zamanı minik avtomobilinin sürücüsü, onun atası və həyat yoldaşı həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

 

Yanacaqdaşıyan avtomobilin sürücüsünün saxlanıldığı bildirilir. Qəza ilə bağlı istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...