Modern.az

Litvadan Ukraynaya 10 milyon avro maliyyə yardımı

Litvadan Ukraynaya 10 milyon avro maliyyə yardımı

Dünya

5 İyul 2022, 18:48

Litva Ukraynanın yenidən qurulması üçün əlavə 10 milyon avro yardım göstərəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqrida Şimonite məlumat yayıb.

 

Qeyd olunub ki, Vilnüsün Kiyevə yardım üçün xərclədiyi vəsaitin ümumi məbləği yarım milyard avronu keçir. 

 

“Ölkəmizdə Ukraynaya və Ukraynadan olan qaçqınlara yardımın məbləği yarım milyard avronu keçir. Litva dərhal bərpa işləri üçün Ukrayna Milli Bankına əlavə on milyon avro köçürəcək”, - Litvanın baş naziri deyib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı