Modern.az

BƏƏ Prezidenti Fransaya səfər edəcək 

BƏƏ Prezidenti Fransaya səfər edəcək 

Dünya

14 İyul 2022, 23:18

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan Fransaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin dövlətə məxsus WAM agentliyi məlumat yayıb.

 

Səfərin iyulun 18-də baş tutacağı bildirilir. Şeyx Məhəmməd Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

 

Tərəflər gələcəyin enerjisi, iqlim dəyişikliyi, qabaqcıl texnologiya sahələrində birgə fəaliyyət və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərini müzakirə edəcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı