Modern.az

Rusiya rəsmiləri PUA-lara baxmaq üçün İrana səfər edib

Rusiya rəsmiləri PUA-lara baxmaq üçün İrana səfər edib

Dünya

16 İyul 2022, 18:11

Rusiya rəsmiləri bu yaxınlarda İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarını (PUA) nəzərdən keçirmək üçün Tehrana səfər edib.

 

Modern.az xəbər verir ki, bu iddianı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan səsləndirib.

 

Sallivan Rusiya nümayəndələrinin nəzərdən keçirdiyi PUA-ların peykdən görüntülərini yayımlayıb. Nümayəndələr iki dəfə, iyunun 8-də və iyulun 5-də İrana səfər edib.

 

Bundan əvvəl Sallivan İranın Rusiyaya raketlər daşıyan PUA-lar verməyə hazırlaşdığını bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı