Modern.az

Baş nazir festivala “bit bazarı”ndan aldığı paltarla qatıldı

Baş nazir festivala “bit bazarı”ndan aldığı paltarla qatıldı

Dünya

16 Avqust 2022, 09:34

Finlandiyanın ən gənc Baş naziri olan 34 yaşlı Sanna Marin geyimi ilə diqqət çəkib. Flow festivalına qatılan Baş nazirin köhnəlmiş libası diqqət çəkib. 

 

Modern.az xəbər verir ki, Sanna Marin Flow festivalında çəkilmiş şəklini özünün "Twitter" səhifəsində paylaşıb. Fotolara yazılan rəylərdə onun geyiminin köhnə olduğu bildirilib.

 

Daha sonra məlum olub ki, Marin müzakirələrə səbəb olan paltarı ikinci əl geyimlərin satıldığı "bit bazarı"ndan  cəmi 8 avroya alıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?