Modern.az

Ermənilər təşvişdə: Hava limanı və vağzal boşaldıldı

Ermənilər təşvişdə: Hava limanı və vağzal boşaldıldı

Dünya

17 Avqust 2022, 13:10

Ermənistanın Şirak hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə məlumat yayılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

 

Nazirlik rəsmisi bildirib ki, sərnişinlərlə işçilər hava limanından və dəmiryol vağzalından təxliyə edilib, istehkamçılar və kinoloqlar ərazidə iş aparır.

 

Qeyd olunub ki, bu gün və sabah Şirak hava limanında uçuş və eniş nəzərdə tutulmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!