Modern.az

Çin lideri Səmərqənddə Putinlə görüşəcək

Çin lideri Səmərqənddə Putinlə görüşəcək

Dünya

19 Avqust 2022, 18:50

Çin lideri Si Cinpin gələn ay keçiriləcək regional sammitdə Rusiya Prezidenti Vladimir Putin ilə görüşlər keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

 

Görüşlər sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) baş tutacaq.

 

Çin lideri Putinlə yanaşı təşkilata üzv olan digər ölkələrin liderləri ilə də görüşəcək.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!