Modern.az

Ukrayna ABŞ-dan qaz üçün pul istəyir

Ukrayna ABŞ-dan qaz üçün pul istəyir

Dünya

10 Sentyabr 2022, 23:08

Ukraynanın Baş naziri Denis Şmıqal ABŞ-ın maliyyə naziri Canet Yellen ilə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Tərəflər əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

 

Şmıqal bildirib ki, Ukrayna qaz alışı üçün ABŞ-ın "Eksimbank" təşkilatından 1,5 milyard dollar vəsait almaq üçün danışıqlar aparır. Ukraynanın "Naftoqaz" dövlət enerji şirkətinin rəhbəri Yuri Vitrenko isə deyib ki, Ukraynanın anbarında noyabrın 1-dək 15 milyard kubmetr qaz ola bilər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı