Modern.az

Ruslar Zaporojyeyə raket atıb

Ruslar Zaporojyeyə raket atıb

Dünya

21 Oktyabr 2022, 10:26

Oktyabrın 21-i səhər saatlarında rus qoşunları Zaporojyeyə raketlərlə hücum edib.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, hücum barədə Zaporojya Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux məlumat verib.

 

"Düşmən rayon mərkəzinə raketlərlə hücum edir. Sığınacaqlarda olun! Təhlükəsizlik qaydalarına əməl edin".

 

Daha sonra o bildirib ki, düşmənin hücumu nəticəsində şəhərdə raket parçaları qala bilər:

 

"Toxunmayın, yaxınlaşmayın, şəkil çəkməyin. Bu sursat parçaları partlayıcıdır. Bir-birinizə diqqət yetirin".

 

Hücumun təfərrüatları barədə Zaporojyeye Şəhər Şurasının katibi Anatoli Kurtev də açıqlama verib:

 

"Rusiya caniləri yenidən Zaporojyeyə hücum edib. Yaşayış binaları və şəhərin infrastrukturu düşmən zərbələri nəticəsində zədələnib. Dağıntılar və qurbanlar barədə ətraflı məlumat dəqiqləşdirilir. Rusiya terrorçu ölkədir".

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!