Modern.az

Mülki şəxsləri öldürənlərə 91 il həbs verildi

Mülki şəxsləri öldürənlərə 91 il həbs verildi

Dünya

21 Oktyabr 2022, 21:56

Bosniyada müharibə zamanı mülki şəxslərə işgəncə verərək öldürən keçmiş Serb Respublikası ordusunun hərbçilərinə ümumilikdə 91 il həbs cəzası verilib.

 

Modern.az xəbər verir ki, məhkəmədə mühakimə olunan 7 hərbçinin hər biri 13 il həbs cəzasına məhkum edilib.

 

Onlar 1993-cü il fevralın 27-də Strpçi şəhərindəki qatar stansiyasından qaçırılan 20 nəfəri işgəncə verərək qətlə yetirməkdə təqsirli biliniblər. 

 

Hərbçilər müharibə cinayətləri törətmək ittiham olunublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması