Modern.az

Ukrayna hərbçiləri "Leopard"la təlimə başlayır 

Ukrayna hərbçiləri "Leopard"la təlimə başlayır 

Dünya

2 Fevral 2023, 20:51

Ukrayna hərbçiləri gələn həftə "Leopard 2" tankları üzrə təlimlərə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə  “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Təlimlər Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən missiya çərçivəsində keçiriləcək.

 

Hərbçilərin hazırlığının təxminən altı həftə davam edəcəyi gözlənilir. Təlimin detalları fevralın 1-də ABŞ-ın rəhbərliyi ilə Qərb müdafiə nazirliklərinin nümayəndələri tərəfindən razılaşdırılıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər