Modern.az

Monteneqro parlamenti buraxıldı

Monteneqro parlamenti buraxıldı

Dünya

16 Mart 2023, 23:11

Monteneqroda prezident seçkilərinə üç gün qalmış parlamentin buraxılması barədə qərar qəbul edilib.

 

Modern.az xəbər verir ki, qərarı ölkə prezidenti Milo Cukanoviç imzalayıb.

 

Qanunvericiliyə əsasən, parlament seçkiləri 100 gündən gec olmayaraq keçirilməlidir.

 

Qeyd edək ki, Monteneqro parlamentli respublikadır və dövlət başçısı əsasən mərasim funksiyalarını yerinə yetirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!